Azərbaycanın milli aviadaşıyıcısı AZAL cari ilin 07 iyun tarixində Bolqarıstanın paytaxtı Sofiyaya ilk reysini həyata keçirib. Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Milli Məclisin deputatı, Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, SOF Connect şirkətinin baş direktoru Xesus Kabalero, aviaşirkətin Avropa regionu üzrə Satış və Əməkdaşlıq Departamentinin nümayəndəsi Kamran Qacar, həmçinin rəsmi qonaqlar və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə dövlətlərarası əlaqələrin gücləndirilməsi üçün Azərbaycan ilə Bolqarıstan arasında birbaşa aviareyslərin açılmasının vacibliyi vurğulanıb. Bu istiqamətin açılması iki tarixi zəngin ölkə arasında turizmin inkişafı və mədəni mübadilə üçün yeni imkanlar yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB