Sosial sığorta harada toplanır və necə istifadə edilir? - MÜNASİBƏT BİLDİRİLDİ

Sosial sığorta harada toplanır və necə istifadə edilir? - MÜNASİBƏT BİLDİRİLDİ

"Sosial sığorta fiziki şəxslərin itirilmiş əmək haqlarının kompensasiya edilməsi, yaxud qarşısının alınması məqsədilə risklərin idarə olunması baxımından bir yığım formasıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

O bildirib ki, eyni zamanda sosial sığorta iki yerə bölünür; dövlət sığortası və könüllü sığorta: "Bizdə əsasən hər ay ödənilən sosial sığortanın harada toplanması dövlət sığortasına şamil edilir. Bu ödənişlər olunur, sonra vətəndaşa geri qaytarılır. Əgər vətəndaş pensiyaya çatırsa, əlilliyi olursa, ailə başçısını itirirsə, hamiləlik, yaxud doğum zamanı uşağın anadan olmasına görə, uşağa qulluğa görə, ölümə görə və sair. bu hallarda da sosial sığorta hadisəsi baş verir. Sosial sığorta hadisəsi baş verən zaman bu ödənişlər sosial sığorta ödəyən insanlara ödənir.

O ki qaldı, o pulun harda yığılmasına, dövlət sosial sığorta haqlarının toplanması qaydalarına aid təlimat var. O təlimatda da göstərilir ki, belə haqlar bilavasitə Azərbaycanın məcburi dövlət sosial sığorta haqqına dair bölmədə qeyd olunur. Məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu orqanlarına ödənilir və orada toplanır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə