“Son dövrlərdə adi səbəblərə görə boşananların sayı artıb” - AYDINLIQ GƏTİRİLDİ
"Son illərdə boşananların sayı kəskin artıb. Cütlüklər hər hansısa bir səbəb olmadan da boşanırlar". Bu sözləri SİA-ya danışan psixoloq Nabat Mirzəyeva deyib.
Onun sözlərinə görə, boşanan şəxslərin əksəriyyəti xasiyyətlərinin uyğun gəlmədiyi və ya istədiyi nəyisə etmədiyinə görə ayrıldıqlarını deyirlər: “Sözsüz ki, boşanmaların böyük səbəbləri də ola bilər. Əgər ailədə fiziki şiddət, mənəvi zorakılıq varsa, insanın mənliyinə toxunulan ağır sözlər deyilirsə, o zaman boşanmanı qəbul etmək olar. Çünki artıq burada ailə dəyərlərindən söhbət belə gedə bilməz".
Psixoloq bildirib ki, son dövrlərdə adi səbəblərə görə boşananların da sayı artıb: "Çünki son illərdə "azadlıq" anlayışı yaranıb. Yəni "boşan rahat yaşa", "ailəli olmaq məhkum olmağa bənzəyir" kimi cəfəng fikirlər yaranmağa başlayıb. Bu fikirləri səsləndirənlər evliliyə də, evliliyin davam etdirilməsinə də qarşı çıxırlar.
Hətta evli şəxsləri boşanmağa sövq edirlər. Təəssüf ki, qarşı cinslə münasibətdə olmağı "rahat yaşamaq" kimi təqdim edənlər var. Üstəlik, bunu "azadlıq" kimi qəbul edirlər. Ona görə də boşanmaların sayının artması yanlış "azadlıq" anlayışı olduğunu düşünürəm. Amma azadlıq bir neçə şəxslə münasibətdə olmaq deyil. Başqa insanlarla bərabər olmaq üçün ailəni dağıtmağa isə əlsa dəyməz".
Psixoloq sosial şəbəkələrin də boşanmağa təsir etdiyini diqqətə çatdırıb: "Sosial şəbəkələrdə "hər zaman özünə dəyər ver, sən hər şeydən, hər kəsdən önəmlisən" kimi vurğulanan fikirlər ailəni də artıq sıradanlaşdırmağa gətirib çıxarır. Nəticədə, ani, hətta sadə bir səbəb olan kimi tərəflər dözməyərək boşanmağa qərar verirlər. Həmçinin, teleseriallar da ailənin artıq dəyərli olmadığı və evli şəxslərin həyat yoldaşlarına çox rahatlıqla xəyanət etməsinin göstərilməsi boşanmalara səbəb ola bilir".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB