Aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin siyahısı genişləndirilir

Aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin siyahısı genişləndirilir

Ailə Məcəlləsinin nikahın bağlanmasına maneə yaradan halları əks etdirən 12-ci maddəsinə dəyişiklik təklif olunur. SİA xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin iyunun 7-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan, yaxud yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə