SƏS Media Qrupu və ADNSU 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirir - YENİLƏNİR - FOTOLAR
Bu gün 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilir. SİA xəbər verir ki, tədbir SƏS Media Qrupu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə təşkil olunub.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra SƏS Media Qrupunun hazırladığı film nümayiş etdirilib.
Tədbirdə SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, ADNSU-nun rektor əvəzi YAP İdarə Heyətinin üzvü, dosent Vazeh Əskərov, YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev, universitetin müəllim və tələbə heyəti, media nümayəndələri iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB