Uşaqlar üzərində sevgi və qətiyyəti necə tənzimləmək olar? - PSİXOLOQ İZAH ETDİ
"Uşaqlarda sevgi və qətiyyətin tarazlaşdırılması onların sağlam inkişafı üçün vacibdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla İsmayılova deyib.

O bildirib ki, buradakı önəmli nüans sevginin miqdarı deyil, onun necə və hansı formada göstərilməsidir. Burada hansı valideyn tipində olduğunuz önəmlidir.
Avtoritar valideynlər meydan oxuyurlar, qaydalar qoyurlar və itaət gözləyirlər: “Mənə mane olma”, “Otağını təmiz saxla”, "Gecikmə, yoxsa cəzalandırılacaqsan". Niyə? "Çünki mən belə deyirəm, belə istəyirəm".
Mülayim valideynlər isə məhdudlaşdırıcı deyil. Az tələb edir, sərhədlər, qaydalar yoxdur. Onlar uşaqlarına qarşı laqeyd, reaksiyasızdırlar. Demokratik valideyn tipi həm tələbkar, həm də anlayışlıdır. Onlar qaydalar təyin etməklə nəzarəti təmin edirlər, sevgi və sərhəd balansı tarazlaşdırılmışdır".
"Uşaqlarda sevgi və qətiyyəti tarazlaşdırarkən nəzərə alınmalı olan bəzi məqamlar var:
1. Şərtsiz Sevgi:
Uşaqlar şərtsiz sevildiklərini hiss etməlidirlər. Bu, onlara inam və sağlam özünə hörməti inkişaf etdirməyə kömək edir.
2. Sərhədlər və İntizam:
Uşaqlar sərhədlərin nə olduğunu oyrənməlidirlər. Bu, onların təhlükəsizliyini təmin edir və sosial normaları öyrənməyə kömək edir.
3. Məsuliyyətli olmaq uşaq yetişdirmədə ən önəmli faktordur.
4. Usaqların yaxşı davranışını mükafatlandırmaq onlarda bu davranışları təkrarlama ehtimalını artırır.
5. Valideynlərinin davranışlarının uşaqlar tərəfindən müşahidə edildiyini və təqlid edildiyini unutmamalıdırlar.
Sevgi və sərhədlər, nizam-intizamın tarazlaşdırılması, aydın qaydaların ardıcıllıqla tətbiqi gələcək üçün uşağın sağlam fərd kimi inkişafına təkan verir.
Unutmamalıyıq ki, hər şeyin artığı israfdır, balansı qurmaq önəmlidir" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB