“Bu cinayətkarların qurbanları adətən subay və tənha adamlar olur” - MÜNASİBƏT BİLDİRİLDİ

“Bu cinayətkarların qurbanları adətən subay və tənha adamlar olur” - MÜNASİBƏT BİLDİRİLDİ

“Kirayə qaldığı evi satanlar bir qrup xüsusi cinayətkar dəstələrdir. Onlar mənzili uzun müddətlik kirayə götürür və əmlak sahibi haqqında hərtərəfli araşdırma aparıb, məlumat əldə edirlər. Həmin şəxslə rəsmi müqavilə bağlanan zaman rəsmi məqalədə ev sahibinin də şəxsiyyət vəsiqəsi qeyd edildiyinə görə, dələduzlar həmin məlumatlarla Rusiyanın hər hansı şəhərindəki öz adamlarına notarial qaydada etibarnamə alırlar, etibarnamənin kökü saxta olsa da, rəsmi portala işlənildiyinə görə aldadıcı ola bilir. Həmin etibarnamə ilə Azərbaycana qayıdıb, ya mənzili etibarnamə ilə satırlar, ya da öz adamlarından birinin adına keçirib, sonra satışa çıxarırlar”. Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ekspert sözlərinə davam edərək bildirib ki, qurban olaraq isə subay və tənha adamlar seçilir: “Əsasən həmin mənzillərdə qeydiyyatda başqa adamlar olmur. Çünki evli adamların əmlakını satmaq üçün onun həyat yoldaşının imzasını da əldə eləmək lazım gəlir. Tələyə düşməmək üçün mənzil alanda vəkil məsləhətləri alın, kirayə verdiyiniz mənzilə isə tez- tez baş çəkin”.

Bütün xəbərlər Facebook səhifəmizdə