“Cəmiyyət uşağın və valideynin üzərinə ağır məsuliyyət qoyur“ - PSİXOLOQ DANIŞDI

“Cəmiyyət uşağın və valideynin üzərinə ağır məsuliyyət qoyur“ - PSİXOLOQ DANIŞDI

“Hər kəs universitetə girməlidir deyə bir şey yoxdur. 9-cu sinif uşağına sual verirlər hara hazırlaşırsan girməyə? Bax, bu sualın özü yalnışdır. Bu sual vasitəsilə artıq təlqin olunur ki, sən harasa universitetə girməlisən. Sənin ümumiyyətlə gələcək planların nədir? Bu sualı vermək əvəzinə hansı universitetə girəcəksən sualını veririk. Artıq biz bloklamışıq, sən ancaq universitetə daxil olmalısan. Cəmiyyət uşağın və valideynin üzərinə ağır məsuliyyət qoyur. Psixi və fiziki olaraq problemlər yaranır”. Bu sözləri SİA-ya danışan psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, əslində bu prosesdə tələbkar valideynləri biraz da olsa anlamaq olar: “Çünki övladları ali təhsil alsın deyə repetitorlara ciddi vəsait sərf edirlər. Qəbul prosesinin çətin olması həm valideynləri, həm də abituriyentləri mənəvi olaraq yükləyən amillərdəndir”.

Psixoloq əlavə edib ki, sistemi dəyişmək lazımdır ki, bir az universitetə girmək rahat olsa, onda universitetə girmək bir uğur kimi yox, normal bir proses olar ki, bu mənim həyatımı qurmaq üçün bir mərhələdir: “Amma bu gün biz universitetə girməyi elə bir uğur hesab edirik ki, sanki universitetə girməyən heç kariyera qurmaq məqsədi ilə yox, sadəcə universitetə girsin ki, desinlər savadlıdır, universitetə girdi. Bundan əlavə, ailə quranda desinlər universitet bitirib. Yəni bu fikri biz dağıtmalıyıq. Hər hansı bir universitetə girməyi özümüzün gələcəyi üçün planladığımız addım olmalıdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə