“Valideynin psixoloji problemi olduğu ailələr cəmiyyətin həssas təbəqəsini təşkil edir. Ailədə psixoloji problemi olan valideynlə yaşamağın övladlara və digər ailə üzvlərinə bir çox mənfi təsirləri var”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Psixoloq sözlərinə belə davam edib: “Psixoloji problemi olan valideynlərdə zəif ünsiyyət, sosial təcrid, iki valideyn arasındakı uyğunsuzluq səbəbi ilə bu tip ailədə yaşayan uşaqlarda sağlam ailədə böyüyən yaşıdları ilə problem yaşadıqları, sosiallaşma problemi, davranış və inkişaf hətta fiziki problemlərə də rast gəlinir.
Xüsusilə yeniyetməlik dönəmində ailədə narahatlığı olan valideyn varsa, rolların dəyişməyi yeniyetmə övladın valideynin qayğısına qalması, ailənin məsuliyyətini öz üzərinə almağı, yeniyetmədə sosial fəaliyyətə marağın azalması, dostları ilə ünsiyyətdən qaçmaq, valideynlərlə fikir ayrılığı, hadisələri mənfi qiymətləndirmə, özünə dəyərin azalması, tənhalıq hissi müşahidə edilə bilər. Bu çətin proseslərdən keçmək üçün pedaqoqların, psixoloqların üzərinə böyük vəzifə düşür. Uşaqlara yaş və inkişaf səviyyəsinə görə valideynin problemi izah edilməlidir. Uşaqlara valideynin problemi haqqında qorxularını danışmaq üçün cəsarətləndirmək önəmlidir. Valideynin psixoloji problemi olan uşaqların daha çox sevgiyə və qayğıya ehtiyacı var”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB