DSEA-nın kollektivi Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

DSEA-nın kollektivi Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

İyunun 5-i ölkəmizdə “Su təsərrüfatı və meliorasiya işçiləri günü”dür. SİA xəbər verir ki, bununla əlaqədar olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Agentliyin kollektivi iyunun 5-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə