“Ani ehtiyatsızlıq və yaxud da bir insanın digərinə toxunması…” - EKSPERT DANIŞDI

“Ani ehtiyatsızlıq və yaxud da bir insanın digərinə toxunması…” - EKSPERT DANIŞDI

“Metrostansiyalarda təhlükəsizlik qapılarının qoyulması metronun inşasına başlamamışdan əvvəl olan layihədə nəzərdə tutulan prosesdir. Bu proses layihə zamanı infrastruktur nəzərə alınmaqla həyata keçirilməlidir. Lakin daha sonradan da təhlükəsizlik qapılarının qoyulmasına görə dünya təcrübəsində bir sıra nümunələr var. Ancaq bu mürəkkəb prosesdir. Yəni 1-2 günə quraşdırılan sadə bir proses deyil”. Bu sözləri SİA-ya danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

Onun sözlərinə görə, təhlükəsizlik qapılarının olması insanların ehtiyatsızlıqdan qatar reysinin üzərinə düşməsini, xəsarət almasını və həyatını itirməsi kimi halların baş verməsini azaldır: “Bu təhlükəsizlik baxımından məqsədəuyğun tədbirlər planının bir hissəsidir. Digər tərəfdən metrostansiyasının içərisində nəzərdə tutulmuş təhlükəsizlik xətlərinin keçilməməsi ilə bağlı kifayət qədər təhlükəsizlik təlimatları var. İnsanlar bu təlimatlara diqqət etməlidirlər”.

Ekspert bildirib ki, ani ehtiyatsızlıq və yaxud da bir insanın digərinə toxunması nəticəsində reysin üzərinə yıxılmaq da mümkündür: “Ona görə də metrolarda təhlükəsizlik qapılarının quraşdırılması daha yaxşı olar. Təhlükəsizlik qapılarının quraşdırılması ilə bağlı layihə hazırlanaraq bütün metrostansiyalarda tətbiq etmək isə geniş prosesdir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə