“İnam” Reabilitasiya Mərkəzinə inam böyükdür - FOTOLAR

“İnam” Reabilitasiya Mərkəzinə inam böyükdür - FOTOLAR

El arasında bir deyim var, “sağlam bədəndə sağlam ruh olar”. Hər bir dərdin də bir dərmanı var. Yaşadığımız bəlli bir zamanda gənclərin necə və hansı həyat tərzi keçirdiyinin canlı şahidləriyik. Bəzi gəncləri yaxşı, digərlərinin isə pis əməlləri üzə çıxır. Pis əməl sahibləri ilə bağlı vaxtında ölçü götürülməsə, o daha da pis hadisələrlə qarşılaşar.

Misallar da çəkə bilərik, yaşadığımız binada qonşu olduğumuz Sərxan Əhmədov adlı bir gənc demək olar ki, bütün məhəllə adamlarının hörmətini qazanmışdı. Gözəl ailəsi vardı. Sərxan idmançı idi, hətta cüdo üzrə 3 qat Avropa çempionu, Dünya mükafatçısı, Beynəlxalq İdman ustası kimi titullar da daşıyırdı. Hamı bu cavan oğlanla rastlaşanda salamlaşır və bunun tərbiyəsinə qibtə edirdilər. Qonşu olduğumuza görə ailə üzvlərimiz də Sərxanı yaxından tanıyırdı.

Bir neçə vaxtdan sonra Sərxanı tüfeyli həyat yaşayanlarla bir yerdə gördüm. Və bundan sonra Sərxan bir müddət görünmədi. Sən demə Sərxan pis insanlara qoşulubmuş. Atası təcili surətdə Sərxanı “İnam” Reabilitasiya Mərkəzinə aparır. Eşidəndə ki, müalicə olunur, çox sevindim. Sərxanın müalicə olunduğu Reabilitasiya Mərkəzində onunla görüşdük.

Burada 25 gənc müalicə olunur. Gənclərin əksəriyyəti vaxtilə idmançı olublar. Mərkəzində onlar üçün bütün şərait yaradılıb. Mərkəzin sədri Fuad Əliyev bizimlə söhbətində qeyd etdi ki, mərkəzin açılmasında məqsəd pis vərdişlərə qoşulan gəncləri müalicə etməkdir.

Fuad müəllimdən bu xəstələrin neçə vaxtdan sonra sağlam həyata qovuşduqları barədə fikrini öyrəndik: "Biz xəstəni qəbul etdikdən təxminən altı ayın ərzində tam müalicə edirik. Xəstələrə dərs keçənlər tam kursu bitiriblər. Mənim bir arzum olub ki, bu cavanlar belə vərdişlərdən əl çəkib öz həyatına qayıtsınlar".

Kamran Mustafayev, Elman İsmayılov, Sərxan Əhmədov və bütün müalicə olunan xəstələr “İnam” Reabilitasiya Mərkəzindən razılıqlarını bildirdilər.

M.MƏMMƏDOV

Bütün xəbərlər Facebook səhifəmizdə