Mina terrorunun qurbanı olan şəhid jurnalist Sirac Abışovun anım tədbiri keçirilib. SİA məlumat verir ki, anım tədbirində şəhidin doğmaları ilə yanaşı Qubadlı rayon İcra Hakimiyyətinin və YAP Qubadlı rayon təşkilatının nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Şəhidin ruhuna dualar oxunub, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib
Qeyd olunub ki, Sirac Abış oğlu Abışov 1989-cu il avqustun 29-da Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. 2007-ci ildə Sumqayıt şəhər Ç.Mustafayev adına 40 saylı tam orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dəniz Balıq Sənayesi texnikumuna daxil olub, 2009-cu ildə Gömrük ekspertizası ixtisası üzrə tam kursu bitirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB