“Valideynlər uşaqlarına qarşı dürüst olmalıdırlar” - PSİXOLOQ FİKİR BİLDİRDİ
“Valideynlər övladlarını evdə qoyub işə və ya qeyri-bir yerə getdikdə mütləq onlara bu barədə məlumat verməlidirlər. Uşaq kiçik yaşda olsa belə, valideynin ona getməsi ilə bağlı xəbər verdiyini və gələcəyini bilir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.
F.Nizamova qeyd edib ki, valideyn uşağına bir neçə dəfə məlumat verdikdən sonra artıq uşaq buna öyrəşəcək və sistem formalaşacaq: “Təəssüflər olsun ki, valideynlər çox zaman bunu əksini edir, uşağın nəyinsə “başını qataraq” evdən çıxırlar. Amma bu heç düzgün, sağlam yanaşma deyil. Çünki bu zaman uşaqda güvən problemi yaranır.
Ümumilikdə isə valideynin işləməsi təbii ki, normaldır. Bəzi valideynlər övladlarını evdə qoyub işə getdikləri üçün özlərini günahkar hiss edirlər. Lakin əsas məsələ bunu övladlarına necə izah etmələridir. Təbii ki, müəyyən yaşa kimi uşağın ananın yanında vaxt keçirməsi mütləqdir. Amma şərait buna imkan vermirsə, düzgün formada, uşağın psixikasına zərər vermədən bu prosesi həyata keçirə bilərik. Qeyd etdiyim kimi, əsas məsələ uşağa yalan danışmamaq, ona qarşı dürüst olmaqdır. Uşağın yaşından asılı olmayaraq ona verilən bu məlumat çox önəmlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB