Laçında növbəti əmək yarmarkası keçiriləcək

Laçında növbəti əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə həmin rayonda növbəti əmək yarmarkası təşkil edəcək. SİA xəbər verir ki, yarmarka iyunun 6-da saat 10:30-dan 13:00-ə kimi Laçın şəhərində Seyrangah adlanan ərazidə keçiriləcək.

Tədbirdə işsiz və işaxtaran şəxslərə 20-dən çox müəssisətərəfindən müxtəlif istiqamətlər üzrə 200-dən çoxvakansiya təqdim ediləcək.

Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumatlar da veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə