Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sağlam ailə modelinin təbliği” adlı layihənin icrasına başlayıb.
Layihənin icrası ilə əlaqədar işçi qrupunun toplantısı keçirilib və iş bölgüsü aprılıb. Nəzərə alınıb ki, layihənin bütün ölkə ərazində yayılması üçün fəaliyyət planına daxil edilməyən əlavə işlər görülsün, maarifləndirmə işləri nəzərdə tutulandan daha geniş miqyasda aparılsın.
Bu məqsədlə paytaxtda və regionlarda gəclərlə söhbətlər, müzakirələr aparılacaq, social şəbəkələrdə bu mövzularda ictimai müzakirələr açılacaq. SƏS TV-də mövzu ilə bağlı ekspertlərin iştirakı ilə verilişlər təşkil olunacaq və faydalı müzakirələr aparılacaq.
Bu sahədəki mövcud problemlər və çıxış yolları haqda sosioloq və psixoloqların rəyləri, Azərbaycan ailə institutunun qorunub saxlanılması, ailə dəyərlərimizin gənc nəslə ötürülməsinin vacibliyi bütün tədbir və müzakirələrdə vurğulanacaq.
Layihə çərçivəsində Bakı, Şirvan, Quba və Lənkəran şəhərlərində maarifləndirici tədbirlər keçiriləcək. Sosial şəbəkələrdə 18 elektron banner hazırlanaraq paylaşılması təmin olunacaq.
Layihə 3 ay (01.06.2024-cü il - 31.08.2024-cü il) müddətində icra olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB