Əgər uşaqlarınızda bu əlamətlər varsa, … - PSİXOLOQDAN AÇIQLAMA

Əgər uşaqlarınızda bu əlamətlər varsa, … - PSİXOLOQDAN AÇIQLAMA


“Başqalarına zərər vermək, aqressivlik, dağıtmaq, vurmaq, sındırmaq, yalan danışmaq, narahatlıq və problem yaratmaq, ünsiyyət qura bilməmək, diqqət dağınıqlığı, qəzəbli olmaq, dırnaq yemək, barmaq əmmək, valideynlər və dostlarla tez-tez mübahisələr, başqalarının əşyalarını icazəsiz götürmək, ağlamaq, istəmədiyi bir vəziyyətlə qarşılaşdığı zaman özünü yerə çırpmaq, baş, göz, çiyin tikləri və həddindən artıq qısqanclıq, tənqidə müqavimət, məktəbdən yayınma, məktəb qorxuları, məktəb həyatını və dərslərini sevməmək, əşyaları məhv etmək, tez-tez şikayət etmək və şikayətlərini əsaslandırmaq,verilən tapşırığı tamamlaya bilməmək, digər uşaqlar tərəfindən təcrid olunmaq davranış pozuntusunun əlamətlərinə daxildir”. Bu sözləri psixoloq Leyla Əli uşaq və yeniyetmələrdə rast gəlinən davranış pozuntusunun əlamətləri haqqında danışarkən deyib.

Psixoloq sözlərinə belə davam edib: “Əbəs yerə bu qədər əlamətlər sadalanmır. Bu valideyn üçün siqnaldır. Bu əlamətlərdən bir neçəsi müşahidə olunduğu zaman valideyn artıq düşünməyə başlamalıdır. Davranış pozuntusunun müalicəsində uşaq və ya yeniyetmənin valideynləri ilə işləmək başlıca şərtlərdən biridir. Əksər hallarda valideynlər davranış pozuntusunun əsas səbəbkarı kimi öz övladını görür. Amma övlad valideynin bir parçası olduğu kimi müalicə də kompleks şəklində aparılmalıdır. Diaqnoz psixiatr tərəfindən qoyulur, terapiyası psixoloq tərəfindən aparılır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə