AZAL Bakıdan Küveytə uçuşları bərpa edir

AZAL Bakıdan Küveytə uçuşları bərpa edir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 15-dən Bakıdan Küveytə və əks istiqamətdə olan uçuşları bərpa edəcək. SİA bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, ilkin mərhələdə aviadaşıyıcı həftədə iki dəfə - çərşənbə və şənbə günləri reyslər həyata keçirəcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə