Son zamanlar sosial şəbəkələrdə bağırsağın dönərxanalara verildiyi iddia edilir. Bəs, bu nə dərəcədə həqiqətə uyğundur? İnsan orqanizminə zərəri varmı? SİA mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, istisna olunmur ki, bağırsaqlar dönərxanalara verilsin: “Əgər murdar olmamış heyvanın ətidirsə, bağırsaqlar yeməlidir. Yəni normal heyvan ətidirsə, ola bilər bağırsaqlar dönərxanalara verilsin. Ancaq bütün hallarda istehlakçılara məlumat verilməlidir ki, bu bağırsaqdan hazırlanmış dönərdir, ola bilsin qatqısı var, başqa ətlə qarışdırılıb. Bir sözlə, burda istehlakçının məlumat almaq hüququ var”.
Eyyub Hüseynov sözlərinə belə davam edib: “Əgər istehlakçının məlumat almaq hüququ gizlədilərsə, onda istehlakçı onun pozulması kimi qiymətləndirilə bilər. Bütün hallarda belə şeylə rast olanda istehlakçıların 1003 qaynar telefon xətti ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələrini tövsiyə edirəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB