...Deyilənlərə görə, qarşıdan istilər gəlir və bu arada isti havada içilməsi tövsiyə edilməyən içkilərin siyahısı tərtib edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, siyahını Moskva Səhiyyə Departamentinin tibbi yardım üzrə mütəxəssisi Andrey Tyajelnikov təqdim edib.
Deməli onun iddiasına görə, istidə qəhvə, tünd çay, şirin qazlı içkilər, eləcə də istənilən güclü spirtli içkilərdən imtina etmək daha yaxşıdır.
Tyajelnikov deyir ki, şirin içkilərin tərkibindəki şəkər susuzluğu yatırmır, əksinə susuzluğu artıracaq.
Bundan əlavə, bu zaman siz artıq çəki əldə edə bilərsiniz. Eyni zamanda, qəhvə və çay sidikqovucu təsir göstərir, qiymətli minerallarla birlikdə bədəndən mayeni çıxarır.
Nəhayət, alkoqol ürəyə, qan damarlarına və ümumilikdə bütün bədənə yükü artırır və ürək-damar fəlakətlərinə səbəb ola bilər.
Su için, limon suyu, nanə və giləmeyvə əlavə edilmiş su da məsləhət görülür. Bitki çayı, şəkərsiz meyvə içkisi, kompot və az minerallaşdırılmış su da icazə verilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB