Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

Küləkli hava səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Eyni zamanda bütün məlumat sürət tablolarından “güclü külək” işarəsi də götürülüb.

SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə