Səmanı, yeri, bütün kainatı körpə gülüşlərinə qərq etmək, dünyanın xoşbəxtliyini bunda görmək, bu xoşbəxtliyin içində yaşamaq özü ən böyük xoşbəxtlikdir. SİA xəbər verir ki, bu gün 1 iyundur. Deməli, yaxın tarixə baqsaq, 1950-ci ilin bu günü BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması qərara alınıb. Qərara əsasən uşaqların hüquqları, həyat və sağlamlıqları prioritet kimi elan edilib.
Dünyanın bir çox ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd olunur. Uşaqlar bizim gələcəyimizdir deyimi əbəs deyil. Çünkü ölkəmizin gələcəyi onların əlindədir. Onları qorumaq və müdafiə etmək hər kəsin borcudur. 1 İyun Uşaqların hüquqlarnın müdafiəsi 51 ölkədə, o cümlədən, Azərbaycanda da qeyq edilir və Azərbaycan Milli Məclisin 236 nömrəli qərarına əsasən ratifikasiya edilib.
Üşaqlar hər bir ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir.
Bu günkü günün özü də körpə fidanların yerini, mövqeyini, sahib olduqları statusu göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB