“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə şahmat turniri keçirilib - FOTOLAR

“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə şahmat turniri keçirilib - FOTOLAR

Sumqayıt şəhər Uşaq Gənclər İdman və Şahmat məktəbi-2 (UGİŞ) “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə şahmat turniri keçirib. SİA xəbər verir ki, May ayının 29-dan 31-ə kimi təşkil olunan təsnifat turnirində 223 məktəbli iştirak edib.

Təsnifat turniri İdman və Gənclər nazirliyinin təşkilatçılığı ilə keçirilib. Qeyd edək ki, belə turnirlərin keçirilməsi gənc nəslin mənəvi-fiziki və əqli inkişafına daim xidmət göstərir. Məlumdur ki, şahmat geniş zəka, məntiqi düşüncə, sağlam əhval-ruhiyyə tələb edən xüsusi idman növüdür.

Keçirilən doqquz turdan sonra oğlanlar və qızlar arasında ilk 3 yerlərin qalibləri müəyyənləşib. Qaliblər hədiyyə və diplomla mükafatlandırılıb. Turnirin bütün iştirakçılarına sertifikat təqdim edilib.
Bu yarışda xüsusi fərqlənən Uşaq Gənclər İdman və Şahmat məktəbi-2 (UGİŞ) - nin l dərəcəli şahmatçı, məşqçi müəllimi Zülfiyyə Qarayevanın yetirmələri olub. Öz yaşıdları arasında Həsənzadə Ziya 4-cü dərəcə, 1-ci yer, Abışov Əbəlfəz 4-cü dərəcə, 2-ci yer, Muradzadə Cahid 4-cü dərəcə, 2-ci yer, Həsənzadə Selcanxatun 3- cü yerləri qazanaraq, uğurlu nəticələr əldə etdilər. Təsnufat turnirində həmçinin, Zülfiyyə Qarayevanın yetirmələrindən olan Hüseynov Altay 3-cü, Behbutlu Səid 4-cü, Sucayev Saleh 4-cü, Daşdəmir Kamal 4-cü dərəcələri əldə etdilər.

Azərbaycan zəngin şaxmat ənənəsinə malikdir. Hazırda bu idman sahəsi dövlət qayğısı ilə əhatə olunub. Bu gün uğurlu nəticələr əldə edən uşaqlar sabahımızın təməl daşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə