Naxçıvanda 14790 ədəd çətənə kolu məhv edilib

Naxçıvanda 14790 ədəd çətənə kolu məhv edilib

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Naxçıvan bürosuna verilən məlumata görə, Ordubad, Culfa və Şərur Rayon Polis idarələrinin əməkdaşları tərəfindən yabanı halda bitmiş 14790 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq, yandırma yolu ilə məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə