“Qərb həyat standartları xalqımızın mənəvi dəyərlərinə təsirsiz ötüşmür” - MÜNASİBƏT BİLDİRİLDİ

“Qərb həyat standartları xalqımızın mənəvi dəyərlərinə təsirsiz ötüşmür” - MÜNASİBƏT BİLDİRİLDİ

“Bu gün bütün dünyada demoqrafik eniş baş verir. Son illərdə evlənənlərin sayının azalmasını, vətəndaşlarımızın daha gec yaşlarda ailə qurmağa üstünlük vermələrini də nəzərə almaq lazımdır. Gənclər karyeralarını qurub, stabil iş yerinə sahib olduqdan və mənzil-məişət şəraitlərini yaxşılaşdırdıqdan sonra evlənmək istəyirlər. Cəmiyyətimizin sosial sferalarında gedən proseslər Qərb həyat standartlarının xalqımızın demoqrafik vəziyyəti, mənəvi dəyərlər sistemi və ailə institutuna təsirsiz ötüşmədiyini göstərir”. Bu sözləri SİA-ya danışan sosioloq Fatimə Hacıbəyli deyib.

Onun sözlərinə görə, ölkə əhalisinin demoqrafik artımının fonunda uşaqların sayının azalması mənəvi-ideoloji və maddi-iqtisadi faktorlarla bağlıdır: “Mənəvi-ideoloji faktor dedikdə, Azərbaycan cəmiyyətinə başqa cəmiyyətlərdən ötürülən ideya və ideologiyalar nəzərdə tutulur. Yəni, müxtəlif ideyaların təsiri nəticəsində xalqımızın çoxəsrlik ailə institutunda müəyyən dəyişikliklər, yeni tendensiyalar müşahidə edilir. Beləliklə, hazırda əksər ailələr daha çox uşaq sahibi olmağı planlaşdırmır, onlar bir və ya iki övladla kifayətlənirlər. Gənclərin bu fikirdə olmasının maddi-iqtisadi səbəbləri ilə yanaşı, mənəvi-ideoloji tərəfləri də çoxdur”.

Ekspert onu da deyib ki, bu problemin yaranmasının səbəblərindən biri də boşanma hallarının çoxalmasıdır: “Bu hal bir növ ailələrin sığortalanmamağından irəli gəlir”.

Bütün xəbərlər Facebook səhifəmizdə