“Aparılan tədqiqatlar dünya standartlarına uyğun deyil“ - EKSPERT TƏNQİD ETDİ

“Aparılan tədqiqatlar dünya standartlarına uyğun deyil“ - EKSPERT TƏNQİD ETDİ

“Hazırda Azərbaycanda 51 ali təhsil müəssisəsi var. Bizim ailə təhsil müəssisələrimizdə 187 min tələbə təhsil alır. Etiraf edək ki, Azərbaycan ali təhsil müəssisələrinin dünya reytinqində kifayət qədər yaxşı yerdə olmaması burada akademik mühitin zəif olduğunu göstərir. Apardığımız tədqiqatlar göstərir ki, ali təhsil müəssisələrindən məzun olan gənclərin elmi tədqiqat işləri ilə məşğul olmaq bacarıqları çox aşağıdır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O bildirib ki, ümumilikdə bu gün ölkəmizdə elm o qədər də ürəkaçan vəziyyətdə deyil: “Bu gün elmlə məşğul olan şəxslərin elmi jurnallardakı məqalələri o qədər də yaxşı deyil. Bu onu göstərir ki, Azərbaycanda ali təhsil müəssisələri təəssüflər olsun ki, yaxşı vəziyyətdə deyil. Günümüzdə elmi işlə məşğul olan şəxslərin tədqiqatları, o cümlədən AMEA-nın institutlarında aparılan tədqiqatlar dünya standartlarına uyğun deyil. Bizim alimlərimizin xarici dil və İKT bacarıqları ürəkaçan vəziyyətdə deyil. Bu da məhz həmin şəxslərin öz fəaliyyətinə mənfi təsir göstərir.

Ali tədris müəssisələrinin metodik tədris fəaliyyətləri çox köhnəlib, laboratoriyalar yaxşı vəziyyətdə deyil. Bu gün Azərbaycanda ali təhsil müəssisələrində tədris çox təəssüflər olsun ki, ənənəvi 1980-1990-cı illərin metodikası ilə keçirilir. Halbuki dünyada ali təhsil sistemi tamamilə dəyişib. Hesab edirəm ki, yeni prinsiplərə keçməliyik. Bunun üçün ali təhsilin rəqabətliliyini artırmalıyıq. Ölkə rəhbərliyi tərəfindən təhsilə çox böyük diqqət göstərilir. Lakin bunun qarşılığında elmlə məşğul olan şəxslər yetərli qədər işləmirlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə