“Tütünçəkmə vərdişindən qurtulmaq istəyən insan..." - QURUM RƏSMİSİ DANIŞDI
“1988-ci ildə isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə 31 may Ümumdünya Tütünsüz Günü elan edilib.
Dünyanın 172 ölkəsinin imzaladığı Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasına Azərbaycan 2005-ci il noyabrın 1-də qoşulub. Çərçivə Konvensiyası tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən bəşəriyyətin ilk beynəlxalq razılaşmasıdır ki, ictimai yerlərdə siqaret çəkməyi və tütün məmulatlarının hər hansı formada reklamını qadağan edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ildə təsdiqlənən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində olduqca əhəmiyyətli məsələlərin həlli, o cümlədən tütündən istifadənin zərəri, ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması üçün müstəsna rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva deyib.
O bildirib ki, Azərbaycanda tütünçəkmənin məhdudlaşdırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların, yeniyetmələrin və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istehlakının zərərli təsirinin azaldılması məqsədini daşıyır:
“31 may - Ümumdünya Tütünsüz Günü hər il ölkəmizdə səhiyyə işçilərinin iştirakı ilə müxtəlif tədbirlərlə qeyd olunur. Hər il Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən müxtəlif tədbirlər, aksiyalar keçirilir. Əhali arasında geniş təbliğat aparılır, tütünçəkmənin zərərli təsirləri izah olunur və bir daha hər kəsi öz sağlamlığı, yaxın və doğmalarının sağlamlığı barədə düşünməyə dəvət edir.
Tütünçəkmə kimi zərərli vərdişdən qurtulmaq istəyən insan sağlam davranış variantlarını seçməlidir. Məsələn, idmanla məşğul ola və ya meditasiya edə bilər. Əsas məsələ – insanın fərdi motivasiyası olmalı və zərərli vərdişə yox deməyi bacarmalıdır. Elektron siqaret və qızdırılma nəticəsində istehlak edilən (buxarla) tütün məhsullarının təşviqi, onları daha təhlükəsiz və tütünçəkmədən imtina vasitələri kimi qələmə verməsi bu kimi məhsulların marketinq üsullarından biridir. Tədqiqatlar bu növ məhsulların təhlükəli olduğunu və sağlamlığa ciddi zərər yetirdiyi hallarının artmasını qeydə alır. Bundan başqa, 2017-ci ildə “Azərbaycanda tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanun”un qəbul edilməsi ilə ölkədə aparılan tütünlə mübarizə tədbirləri daha da gücləndirilib. Bütün növ qəlyanlar və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB