“Azərbaycan cəmiyyəti hər zaman uşaqlara qayğı və diqqətlə yanaşır“ - Nazir müavini

“Azərbaycan cəmiyyəti hər zaman uşaqlara qayğı və diqqətlə yanaşır“ - Nazir müavini

“Hazırda Azərbaycanda uşaq problemlərinin həllinə yönəlmiş onlarla dövlət proqramı həyata keçirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2009-cu ili “Uşaq İli” elan etmişdir. Bu da dövlət başçısının uşaqlara olan diqqət və qayğısının göstəricisidir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı səhiyyə nazirinin müavini İlqar Qasımov deyib.

O bildirib ki, uşaqlar cəmiyyətimizin ən zəif hissəsidir: “Onlara göstərilən qayğı və məhəbbət gələcək fiziki sağlamlığının, mənəvi saflıq və zənginliyinin formalaşmasına yardım edir. Azərbaycan cəmiyyəti hər zaman uşaqlara qayğı və diqqətlə yanaşır. Bu gün uşaqların sağlam böyüdülməsi və tərbiyə olunması üçün ölkəmizin bütün regionlarında müasir standartlara uyğun tibb və təhsil müəssisələri fəaliyyət göstərir.

Erkən uşaqlıq dövrünün inkişafı ana bətnindən başlayaraq məktəbə qəbul yaşına qədər davam edir, bu fasiləsiz bir prosesdir. Odur ki, körpənin ilk 1000 gün ərzində düzgün qidalanması, qayğı və səhiyyə xidməti ilə əhatə olunması çox vacibdir. Bu mənada ölkəmizdə müvafiq qurumların birgə fəaliyyəti ilə ciddi işlər görülür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə