“Uşaqlar insan kapitalını yeniləyən nəsildir” - Bahar Muradova

“Uşaqlar insan kapitalını yeniləyən nəsildir” - Bahar Muradova

“Uşaqlar həm ailəmizin, həm cəmiyyətin, həm də dövlətin ən qiymətli sərvətidir və insan kapitalını yeniləyən nəsildir. Bu gün başlıca vəzifələrimizdən biri bu kapitalın toplanması, formalaşdırılması vəzifəsini yerinə yetirən ailələrimizi qorumaq, sosial rifahını, təhlükəsizliyini təmin etmək və bu sosial institutu qoruyaraq gələcəyə daşımaqdır. Bunlar çox vacib vəzifələrdir və biz qazandığımız zəfərə layiq olduğumuzu məhz bu askpektdən sübut etməliyik”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, ölkəmizdə uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin yeritdiyi siyasətin əsas prioritetlərindən biridir: “Bununla bağlı hüquqların qorunması, vəzifələrin yerinə yetirilməsi sahəsinə nəzarət istiqamətindəki islahatlar da öz nəticələrini göstərir.

Uşaq hüquqlarının təmin olunmasına və yerinə yetirilməsinə cavabdeh olan qurumların işi müasir tələblərə uyğunlaşdırılır, uşaq xidmət müsəssisələrinin müvafiq standartlara uyğun şəkildə formalaşmasında, orada fəaliyyət göstərən əməkdaşların, mütəxəssislərin müasir biliklərə, qabiliyyətə malik olmasının təşkilində özünü göstərir. Əlbəttə ki, aparılan monitorinqlər bu sahədə bir sıra çatışmazlıqların olduğunu da göstərir. Bu səbəbdən də bugünkü konfrans həm görülən işləri qiymətləndirmək, həm də qarşıda duran hədəflərə çatmaq üçün birgə fəaliyyətin təmin edilməsi baxımından vacib əhəmiyyət daşıyır.

Erkən uşaqlıq dövrü uşaqların hərtərəfli yetişdirilməsi prosesinin vacib komponentidir. Bunu yerinə yetirməklə uşaqların əqli, fiziki, sosial inkişafı, eləcə də ailə mühitində formalaşan inkişafı üçün çox əhəmiyyətlidir. Bu dövr valideynlər üçün də vacibdir.

Ölkə başçısı cənab İlham Əliyevin təbirincə desək, xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam əsaslara malikdir. O cümlədən, ailə tərbiyəsi hər bir uşaq, gənc üçün ilk vacib məsələdir. Erkən uşaqlıq dövründə uşaqların düzgün inkişafının təmin edilməsində müvafiq dövlət qurumlarının birgə fəaliyyəti də olduqca əhəmiyyətlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə