“Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” mövzusunda konfrans keçirilir - YENİLƏNİR-FOTO
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” mövzusunda konfrans keçirilir. SİA xəbər verir ki, Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələrinin iştirakı ilə keçirilən konfransda rəsmi hissə və ”Erkən uşaqlıq dövründə uşaqların sağlam böyüməsi, erkən müdaxilə və psixo-emosional sağlamlığı”, “Erkən uşaqlıq dövründə uşaqların sosial inkişafı”, “Erkən uşaqlıq dövründə uşaqların təhsili, tərbiyəsi və inkişafi” mövzularında panel müzakirələr keçiriləcək.
Qeyd edək ki, konfrans “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4-cü bəndinə müvafiq olaraq, uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi, erkən uşaqlıq dövründə uşaqların düzgün inkişafı ilə bağlı məlumatlılığının artırılması, müvafiq qurumların arasında koordinasiyanı təmin etmək məqsədini daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB