Beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrini Azərbaycana təhvil vermədiyinə görə Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu açıqlamasında İsrailin diplomatiya üzrə Dona Qrasiya Mərkəzinin icraçı direktoru Reyçel Avraam deyib.
Azərbaycanda 7-ci, Qarabağda isə 5-ci dəfə olduğunu vurğulayan ekspert deyib: “Artıq ikinci dəfədir bu konfransda iştirak edirəm. Ötən il konfrans Ağdam şəhərində yüksək səviyyədə təşkil olunmuşdu. Mən, həmçinin Şuşada kulinariya festivalında iştirak etmişəm. Füzuli və Zəngilan hava limanları ilə tanış olmuşam”.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionunda aparılan bərpa-quruculuq prosesini təqdir edən ekspert, Ermənistanı Azərbaycanda yaradılan mina təhlükəsinə görə pisləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB