“Vəziyyətin bu həddə çatması gözlənilən idi” - SOSİOLOQ DANIŞDI

“Vəziyyətin bu həddə çatması gözlənilən idi. Qadınlar arasında cinayət artacaq, mən bu barədə 20 il, 10 il bundan qabaq dəfələrlə xəbərdarlıq edəmişəm. Çünki biz Azərbaycanda qadınlarla bağlı olan lazımı siyasəti qura bilməmişik. Bu sahədə xeyrli işlər görməyimizə ehtiyac var. Bir tərəfdən biz ailədə bu qədər problem olduğu halda, doğrudan da kişilərin özünün də öz xanımlarına qarşı xoşagəlməz davranışı olduğu halda biz ailəni xilas etmək əvəzinə, neçə illərdir başlamışıq, qadına qarşı zorakılıq deyib, sanki qadını ərindən xilas edirik. Belə bir siyasət həyata keçirilir”. Bu sözləri SİA-ya danışan sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, bu, kənardan bizə gətirilmə dağıldıcı siyasətdır: “Bir tərəfdən deyirik ki, demokratik cəmiyyətdir, qadının keyfi nə istəsə edə bilər, qadınlar hüquqlarını bilmir, ay qadınlar, hüquqlarınızı öyrənin. Halbuki biz ailəni xilas etməli idik, təkcə qadını yox. Biz kişini sanki qöymüşüq bir tərəfdə, halbuki elə iş görə bilərdik ki, qadınlar elə özləri kişiləri lazımi qədər müarifləndirə bilərdi”.

“Yeni nəsli elə formalaşdıra bilərdik ki, o problemləri olmazdı. Bax, bu sahnədə xeyli sosial siyasəti dəqiqləşdirməyə ehtiyacımız var. Bunu eləmirik, ona görə də ölkədə bu cür vəziyyət yaranır. Və ürək ağrısı ilə bir sosioloq kimi deyirəm, belə davam etsə, ilbəil bu xoşagəlməz halların statistikası da artacaq”, – deyə sosioloq vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə