"Liberal ailədə valideynlərin deyil, uşaqların sözü keçir" - İZAH EDİLDİ

“Dünya üzrə statistik məlumatlarda 4 növ ailə tipi var: liberal, avtoritar, qoruyucu və demokratik”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, liberal ailədə valideynlərin deyil, uşaqların sözü keçir: “Avtoritar ailələrdə yalnız valideynlər tərəfindən basqı olur. Demokratik ailələrdə bir-biri ilə qarşılıqlı əlaqə olur. Qoruyucu isə uşaqların özgüvənsiz böyüdüyü, daim valideyn tərəfindən qorunan, hətta uşaq yaşlarından, adi iməkləmək, yerimək vaxtında belə onları qorumaq məqsədilə özgüvənsiz edən ailələrdir.

Təəssüflər olsun ki, bugün yetişkin övladını özündən asılı buraxan valideynlər adətən qoruyucu ailələr olurlar. Onların məqsədi əslində uşağı özündən asılı buraxmaq deyil. Onları danışırsanız uşağı qorumaq məqsədilə bunu edirlər. Sadəcə valideynlər bilmir ki, siz bir yerə qədər uşağı qoruyacaqsınız, lakin bir gün qoruya bilmədiyiniz yerdə artıq uşağınız problem yaşayacaq. Yəni, bizim valideynlərin problemi odur ki, daima uşağı yedizdirir, içizdirirlər, hətta biz rast gəlirik 6-cı, 7-ci, 8-ci sinifdə oxuyan bir uşağı valideyn qaşıqla yedizdirir. Soruşursan ki, “Ay xanım, niyə bunu belə edirsən?”. Deyir, “Əgər bunu mən etməsəm ac qalacaq, yeməyəcək”. Qoyun, ac qalsın, qoyun yeməsin. Çünki sizin bugün ac buraxmadığınız uşaqlar bir yerdə nöqtələyib ac qalmalı olacaqlar. Çünki həmişə siz onun yanında olmayacaqsınız.

Ümumiyyətlə yetişkinlərlə, yetkin, yeniyetməlik dövrünə keçən uşaqlarla artıq böyüklə rəftar edirmiş kimi rəftar etmək lazımdır. Yəni onların da öz sözü olmalı, onlara da məsuliyyət qoyulmalı və onların da üzərinə kiçik məsuliyyətlərdən dolayı bir vəzifənin gəlməyi olmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə