Prokurorluq işçiləri Gəncədə ağacəkmə kampaniyasında - FOTOLAR

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, mayın 30-da Gəncədə işgüzar konfrans keçirilib. SİA xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

Daha sonra isə iştirakçılar “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şəhərdə yerləşən Heydər Əliyev adına parkda ağaclar əkiblər.

Konfransda Baş prokurorun müavini Heydər Məmmədov, 15 ətraf regionun prokurorları, hüquq-mühafizə orqanlarının əməkdaşları, media və qeyri-hökumət nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə