"Empatiyası güclü insanlar bu səslərə etinasız qala bilmirlər" - PSİXOLOQ İZAH ETDİ

"Səslərə qarşı həssaslıq olaraq təyin olunan mizofoniya, bəzi mənbələrdə selektiv səs həssaslığı adlanan problemin hələ elmi araşdırması olmadığı üçün mütəxəssislər praktik aspektdən açıqlama verirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

O bildirib ki, bir çox səslər insanın gündəlik həyatında insanlara müəyyən qıcıqlandırıcı təsir effekti verir: "İnsanların bu səslərə verdiyi reaksiyalar müxtəlif olur. Bir çox insanlar yemək yeyərkən marçıltı səsinə qıcıq olduğu təqdirdə, bir çox insanlar bu səslərdən zövq alır. Adicə pıçıltı səsləri bəzi insanların xoşuna gəlir. Yemək yeyərkən yemək səsinə verilən səs gücləndiricilər ilə dinləmə insanların mütəmadi dinləmə vərdişinə çevrilir. Bu insanlar sanki bu səslərlə sakitləşirlər. Əslində bu, insanın özünə yaratdığı sakitləşdirici prosesdir. Hər kəsdə bu, fərdi şəkildədir. Bunun hələ fizioloji, psixoloji olaraq mənbəyi tapılmayıb.

Bəzi insanlar müəyyən əl sürtmələrinə, adicə kitab vərəqləyərkən, saatın tik-tak səsinə, yemək yeyərkən xışıltıya, marçıltıya və küləyin səsinə, qapının cırıltısına və sair bu kimi xırda detallı səslərə çox diqqət yetirib zövq aldığı təqdirdə, bir çox insanlar isə bu səslərdən qaçır. Ona görə bu gün bizim İSMAR adlandırdığımız, ümumilikdə hələ elmi əsası olmayan, gündəmə gələn bu problemin dərin elmi nəticələrə əsaslanan tədqiqatı yoxdur. Ona görə biz konkret olaraq deyə bilmərik ki, heç bir təəccüblü bir şey də yoxdur. Nə psixoloji, nə fizioloji səbəbi yoxdur. Sadəcə bu səsləri sevən insanların güclü empatiya duyğusu olduğu qaçınılmazdır. Empatiyası güclü olan insanlar bu səslərə etinasız qala bilmirlər. İnsanın müəyyən zamanını əhatə edən, alan bu səslər insan həyatında qəribə boş zaman təsirinə yol verir. Sanki bir qisim insanlar mənasız və faydasız səslərin əsirinə çevrilərək mütəmadi onları dinləyərək meditasiya edirlər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə