Gözəllik salonlarında GƏLİN şirinliyi nədir? - ARAŞDIRMA

Toy hazırlıqlarının və gəlinin gözəlliyinin ən vacib elementlərindən biri də gözəllik salonu seçimidir. Bəs doğru salon tapmaq və düzgün qiyməti ödəmək üçün nə etməliyik?

Məlumdur ki, bir çox gözəllik salonlarında gəlin saç, makiyaj və dırnağı adi müştəri ilə eyni olsa belə baha qiymətə deyilir. Buna xına, nişan və nikah günləri də daxildir. Bəs, bu tendensiya nədən qaynaqlanır? Əgər mən adi müştəri ilə eyni dırnağı, saçı, yaxud makiyajı edirəmsə, sırf gəlin olduğum üçün niyə artıq pul ödəməliyəm?


SİA mövzu ilə bağlı araşdırma aparıb.

Toyunuza bir neçə ay qalıbsa, gəlin makiyajınızı mükəmməl etmək üçün hazırlıqlara başlamağın vaxtıdır. Aylardır hazırlaşdığınız bu özəl gündə hər bir detalı düşünərək mükəmməl görünmək istəməniz təbii ki, çox normaldır. Ancaq bir çox gəlinlər gözdən qaçırdıqları xırda detallara görə makiyajın qurbanına çevrilə bilər. Bu qrupdan olmaq istəmirsinizsə, gəlin makiyajınızla bağlı qərar verməzdən əvvəl bilməli olduğunuz şeylərə nəzər salın.

Gəlin makiyajında ​​hansı rənglərə üstünlük verilməlidir?

Dərinizin tonundan tutmuş gəlinlik paltarınızın rənginə və modelinə qədər hər bir detal gəlin makiyajınız üçün hansı rəngləri seçəcəyinizi müəyyən edən amil ola bilər. Bu səbəbdən bir neçə sabit rəngdən danışmaq düzgün olmazdı. Ən özəl filmdə baş rolda oynadığınız bu özəl gündə sizə ən uyğun rəngləri seçməyiniz faydalı olardı. Bu rəngləri təyin edərkən gözəlliyinizi örtməyən tonları seçin. Mütləq qırmızı pomada istifadə etmək lazım deyil. Çəhrayı, bənövşəyi və hətta qəhvəyi pomada ilə gözəl görünə bilərsiniz. Önəmli olan sizə uyğun olan rəngləri əvvəlcədən kəşf edib gəlin makiyajınızda bu rənglərə diqqət yetirməkdir. Fotoşəkillərdə qəşəng görünmək üçün çox açıq tonlardan və çox tünd tonlardan uzaq olmaq kifayətdir.

Gəlin makiyajı toydan neçə saat əvvəl edilməlidir?

Gəlin makiyajınızın şadlıq sarayına getməzdən əvvəl edilməsi makiyajınızın daha uzun müddət qüsursuz görünüşünü saxlamasını təmin edəcək. Odur ki, gəlinin baş örtüyü bitdikdən sonra ən son olaraq makiyaj mərhələsinə keçməlisiniz. Ancaq heç vaxt kiçik uğursuzluqları görməməzlikdən gəlməməlisiniz.

Qiymətlər

Adi məhlə arasl salonlarda gəlin saç-makiyajı 100-150 AZN civarında olur. Lakin daha prestijli yerlərdə bu 200- dən başlayaraq 1500 manata qədər davam edir.

Gəlin makiyajı edəcək insanı necə seçməlisən?

Demək olar ki, hər gözəllik salonunda makiyaj ustası var. Ancaq təsəvvür etdiyiniz kimi, hər bir makiyaj mütəxəssisinin eyni bacarıq və biliklərə sahib olduğunu düşünmək düzgün deyil. Həyatınızın ən özəl günündə qüsursuz görünmək üçün tələbinizi qarşılaya biləcək makiyaj mütəxəssisi ilə işləmək lazımdır.

Gəlin makiyajı məşqi nə vaxt edilməlidir?

Makiyajınızı məşq etmək üçün ən yaxşı vaxt toya 10 gün qalmışdır. Çünki kataloqda gördüyünüz gəlin makiyajı nümunələrini bəyənsəniz belə, makiyajınızı edəcək adamın işindən razı qalmaya bilərsiniz. Başqa bir usta tapmaq üçün isə vaxt lazımdır. Makiyaj üçün ən yaxşı vaxt axşam saatlarıdır. Bunun səbəbi yalnız makiyajın necə göründüyünü yox, həm də nə qədər qaldığını yoxlamaq lazımdır. Makiyajınızı heç vaxt silməyin. Bu sayədə onun qalıcılığını yoxlamaqla yanaşı, makiyajınızı nə vaxt yeniləməli olduğunuzu və ya hansı materialın bir müddət sonra görünüşünü dəyişdiyini asanlıqla yoxlaya bilərsiniz. Məşq zamanı rəngləri sınamaqdan heç vaxt qorxmayın.

Gəlin makiyajında ​​hansı məhsullara üstünlük verilməlidir?

İstifadə olunan məhsulların keyfiyyət səviyyəsi mütləq yüksək olmalıdır. Professional makiyaj üçün istehsal olunan məhsullardan istifadə etdikdə üzünüzdə maska ​​olması təsirindən qurtula bilərsiniz. Ancaq kiçik detallara da diqqət yetirin. Misal üçün, göz altı örtücü heç vaxt ağ olmamalıdır. Fotoşəkillərdə flaş yanıb-sönəndə ağ göz altı örtücü daha çox görünə bilər. Tonal kreminizin rəngi dəri tonunuzla tam eyni olmalıdır. Bəzi gəlinlər tonal kremin daha açıq tonunu seçə bilər, lakin bu, fotolarda xoşagəlməz görüntü yaradar.

Türkiyədə bir usta

Cəmiyyətdə gəlin saçının baha olduğuna dair bir fikir olduğunu deyən salon ustası gəlin saçını düzəldən ustaların vaxtlarının çoxunu gəlin nazmizədlərə ayrıldığını deyib. Gəlin ən azı 3 saat gözəllik salonunu məşğul edir. Çünki həmin gün gəlinin ən özəl günüdür. O, gözəl olmaq və düzgün saç düzümünə sahib olmaq istəyəcək. Gəlin saçı düzəltmək bir sənətdir" dedi.

Gəlin saçı və makiyajının qadın üçün haradasa həyati əhəmiyyət daşıdığını ifadə edən usta, “Gəlin saçınız və makiyajınız bütün fotoşəkillərinizdə gəlinlik qədər ön planda olacaq. Odur ki, gəlinin saçı ən düzgün şəkildə hazırlanmalıdır. Saç və makiyaj gəlinliyə, toy məkanına, bəyin boyuna və hətta üz cizgilərinə görə edilir. Ona görə də düzgün usta seçmək çox önəmlidir”.

Hicablı gəlinləri bəzəmək daha çətindir

Hicablı gəlin başı düzəltməyin normal saç düzəltməsindən daha çətin olduğunu ifadə edən salon işçisi, bu tip gəlin başı modelləri də çox incə işçilik tələb edir. Hətta burada saçın daranma üsulu da fərqlidir. Çalmağı ən gözəl şəkildə bağlamaq da çox çətindir. Açıq saçlarınızı istədiyiniz şəkildə tərtib edə bilərsiniz. Amma çalmağınıza müəyyən bir forma verə bilərsiniz. Ona görə də çalmalı gəlin başı düzəltmək açıq gəlin başı düzəltməkdən qat-qat çətindir.

Sizi bəzəyəcək vizajistlə görüş təyin edərkən edilməsi lazım olanları izah edən usta, toydan əvvəl mütləq görüş təyin edin. Ustanızı seçməzdən əvvəl gəlin saçını düzəldən dostlarınızla danışın. Unutmayın ki, gəlin başı təcrübəli vizajistlərin bacarıqlı əllərinə verilməlidir. Bəzi ustalar toydan əvvəl gəlinlə saç düzümünü və makiyajı test etməyə razı olacaqlar. Bu yolla necə görünəcəyinizi əvvəlcədən görmək şansınız ola bilər.

Dırnaq ustası Rəna Hüseynova: “Adi makiyajın qiyməti 50-70 manat olduğu halda, gəlin makiyajı 200-300 manatdır. Bunun səbəbi odur ki, gəlinin üzərində xüsusi çalışırsan.

Həm də bizdə şirinlik deyilən bir şey var. Həm də gəlin dırnağının üzərində həqiqətən əziyyət çəkirsən. İstəyirsən ki, çox daha səliqəli və gözəl olsun.

Normal müştərini 25-30-35 manata edirik. Gəlin dırnağı isə 50 manatdır. Düşünürəm ki, burada elə də böyük fərq yoxdur. Həm də bu gəlinin istəyindən asılıdır. Daha dəbdəbəli dırnaq istədikdə normal olaraq qiymət də artır”.

Gözəllik salonu sahibi Sevinc Məmmədova: “Gəlinə baha qiymət deyilməsinin səbəbi bizim mentalitetimizdən irəli gəlir. Yəni, ustaların bir çoxu düşünürsə, toy evidirsə, bunları soyub buraxaq. Düşünürlər ki, toy evidir, utanacaq və yüksək məbləğə yox deməyəcək. Amma məjim salonumda belə hallar çalışıram ki, olmasın. Hətta 100 manata dırnaq, saç, makiyaja da icazə verirəm. Ustalarıma deyirəm ki, əgər adi müştəri ilə gəlinə həmin işi görürsənsə, niyə əlavə pul almalısan? Bu, düzgün deyil.

Mən hara getsəm salon müdürü olduğumu demirəm. Çünki bunu eşidən ustalar məndən ikiqat pul alırlar. Qohumların yanına getmirəm, onlardan irəli düşdüyüm olmayıb. Adam qohumdur deyə, sözünü də deməyə çəkinir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə