“Qarşındakı insanı qəbul edə bilirsənsə, münasibət qurmaq lazımdır” - PSİXOLOQ FİKRİ
“İnsanların sağlam münasibət qura bilmələri üçün ilk olaraq biri-birlərini anlaması və olduğu kimi qəbul etməsi lazımdır. Bəzən qarşı tərəfi olduğu kimi qəbul etməyi insanlar fərqli anlayır və şərtlər qoyurlar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.
Psixoloq bildirib ki, biz qarşımızdakı insanın bizim istəyimizə uyğun davranmasını tələb edə bilmərik: “Bu zaman sağlam münasibətdən söhbət gedə bilməz. Əsas məsələ odur ki, iki insan biri-birinin fərqliklərini anlayıb qəbul etsin. Əks təqdirdə biz nə etsək də, qarşı tərəfi dəyişə bilməyəcəyik. Təbii ki, burada genetik faktor, dünyagörüşü və ailələr də böyük rol oynayır. Çünki hər kəs fərqli ailələrdə böyüyür və fərqliliklərin olması da olduqca normaldır. Dediyim kimi, əsas məsələ fərqliliklərə baxmayaraq, qarşındakı insanı anlaya bilməkdir. Qarşındakı insanı qəbul edə bilirsənsə, münasibət qurmaq lazımdır. Bu səbəbdən də insanların bir-birlərini, ailələrini tanımaq olduqca vacibdir.
Eyni zamanda ailə daxilində uşağımızı necə böyüdəcəyimizə də xüsusi diqqət ayırmalıyıq. Çünki uşaq ailədə gördüklərini özünə nümunə götürür. Bizim uşağa olan münasibətimiz onun ətrafa olan münasibətinə də təsir göstərir. Biz övladımızla kobud, aqressiv rəftar ediriksə, o da ətrafa qarşı kobud, aqressiv və tələbkar olur. Buna görə də uşaqlarımıza hər zaman nəvazişlə davranmalıyıq. Həmçinin uşaqlarımıza onların fikirlərini nəzərə aldığımızı da göstərməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB