Şəhidlər Bulağı kompleksinin açılışı olub - FOTOLAR

Şəhidlər Bulağı kompleksinin açılışı olub - FOTOLAR

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində 1-ci dərəcəli tibb kapitanı Məleykə Əhmədova küçəsində yerləşən Şəhidlər Bulağı kompleksinin açılışı olub. SİA xəbər verir ki, ilk olaraq Ulu Öndər Heydər Əliyevin, vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.

Mərasimdə Suraxanı rayon rəsmələri, idarə və təşkilatların nümayəndələri, məktəblilər, hərbçilər, qazilər ve şəhid ailələri iştirak edib. Açılış mərasimində Müdafiə Nazirliyinin rəhbər şəxsləri, şəhidin yaxınları və qazilər çıxış edib.
Daha sora Bulaq kompleksinin açılışı baş tutub. Mərasimə toplaşanlar kompleksin önünə gül dəstələri qoyub, şəhidlərimizin ruhuna dualar oxuyublar.

Qeyd edək ki, 1957-ci il 1 iyunda anadan olan Məleykə Əhmədova Birinci Qarabağ döyüşlərində həkim-cərrah kimi fəaliyyət göstərib. O Azərbaycan bayrağı ordeni ilə təltif edilib. Məleykə Əhmədovanın üç qardaşı da şəhid olub. 2006-cı ildə Bakıda vəfat eden Məleykə Əhmədova 2-ci Fəxri Xiyabanda dəfn edilib. Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə