Naxçıvanda “Naxçıvan: I Regional Sığorta Forumu” keçirilir - FOTO

Naxçıvanda “Naxçıvan: I Regional Sığorta Forumu” keçirilir - FOTO

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan: I Regional Sığorta Forumu” keçirilir. SİA xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.

Naxçıvan şəhərindəki "Gənclik" Mərkəzində təşkil olunan forumda Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, digər dövlət və hökumət nümayəndələri iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə