“Əfv sərəncamı ölkə rəhbərinin humanist mövqeyinin göstəricisidir” - ŞƏRH EDİLDİ

“Əfv sərəncamı ölkə rəhbərinin humanist mövqeyinin göstəricisidir” - ŞƏRH EDİLDİ

“Ölkə başçısı İlham Əliyev tərəfindən növbəti dəfə əfv sərəncamı imzalandı. Bu bir daha ölkə rəhbərinin humanizm mövqeyinin bir daha ortaya qoyulmasıdır. Cəzaçəkmə müəssisələrində cəza çəkməkdə olan çox sayda insan Prezidentin əfv sərəncamından yararlanaraq azadlığa çıxdı, öz övladladlarına qovuşdular”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Deputat bildirib ki, bu Prezident tərəfindən atılan ilk addım deyil, əfv sərəncamı deyil: “Bildiyimiz kimi ölkəmizdə demək olar ki, hər il ölkə rəhbəri tərəfindən əfv sərəncamı imzalanır. Eyni zamanda ölkənin birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə hələ Milli Məclisin deputatı ikən "Amnistiya haqqında" haqqında parlament qərarı olmuşdur. Bunun nəticəsində çox sayda insan ömürlük məhbusluqdan azad olunmuşdur.

Əfv sərəncamının imzalanması ailələrə verilən böyük bir sevincdir. Bu humanist sərəncam sayəsində həbsdə olan insanların yenidən cəmiyyətə qaytarılması üçün mühüm addımlar atılır, ciddi işlər görülür. Humanizm ölkəmizdə dövlət siyasətinin tərkib hissəsidir. Dövlət başçısı İlham Əliyev bütün sahələrdə olduğu kimi, əfv məsələsini də hər zaman diqqətdə saxlayır və əfv sərəncamı sayəsində hər il çox sayda ailələr öz ailə üzvlərinə qovuşmağın sevincini yaşayırlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə