Kür çayının səviyyəsi kəskin artıb

Kür çayının səviyyəsi kəskin artıb

Mayın 26-da qonşu ölkələrin ərazisində Debed çayının hövzəsinə yağan leysan yağış nəticəsində çaydan güclü sel keçib, Kürün səviyyəsinə təsir edib. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Debed çayı Kür çayına töküldüyü üçün eyni zamanda qonşu Gürcüstan ərazisində Kür çayının hövzəsinə yağan leysan yağışlar nəticəsində çayın Tiflis məntəqəsində səviyyənin kəskin artması ilə əlaqədar mayın 26-dan başlayaraq Kür-Qıraqkəsəmən məntəqəsində artım müşahidə olunub.

Vurğulanıb ki, qeydə alınan ən yüksək səviyyə may 27-si saat 7-də 628 sm-ə çatıb, saat 9-dan etibarən isə çayda suyun səviyyəsi tədricən azalaraq 598 sm olub.

Bütün xəbərlər Facebook səhifəmizdə