“Cəmiyyət inkişaf etdikcə din sahəsində fəaliyyət də profesionallaşır” - DEPUTAT FİKİR BİLDİRDİ

“Cəmiyyət inkişaf etdikcə din sahəsində fəaliyyət də profesionallaşır” - DEPUTAT FİKİR BİLDİRDİ

“Azərbaycan İlahiyyat İnstitunda dini təhsil yüksək səviyyədə tədris olunur. Din sahəsində fəaliyyət göstərən şəxslərin dini biliklərə malik olması və islam dininin əsaslarını dərindən mənimsənilməsi üçün müəyyən qədər zamana ehtiyac var. Çünki, bu sahədəki boşluğu doldurmaq üçün kadr potensialının formalaşdırmaq müəyyən qədər zaman lazım tələb edir. Artıq bu sahənin nizama salınması üçün dövlət siyasəti var və bu siyasi kurs uğurla davam etdirilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, bu gün xaricdə dini təhsilə böyük təlabat yoxdur: “Bu, hər bir şəxsin fərdi yanaşmasıdır. Kim xaricdə təhsil almaq istəyirsə, onların yolu açıqdır. Amma xaricdə təhsil alan şəxslərin ölkəmizdə din sahəsində fəaliyyət göstərməsi üçün isə qanunla müəyyən olunmuş tələblər var və alınan təhsil də həmin standartlara uyğun olmalıdır.

Əslində bu gün dini təhsil almaq üçün xaricə üz tutmağa ehtiyac qalmayıb. Bu sahədə kadr hazırlayan ali məktəbin verdiyi dini biliklər islamın dərindən öyrənilməsinə imkan verir. Amma çox təəssüf ki, bəzi şəxslər dini biliklərə yiyələnmədən, oxumadan, dini savad almadan dini fəaliyyətlə məşğul olmağa üstünlük verir. Məsələn, yas məclisləri yola verən mollalar böyük şəhərlərdə bilikli olsa da, əsasən kənd yerlərində bu məsələdə o qədər də ürək açan mənzərə yoxdur. Hətta kəndlərdə bəzi məclislərdə mollanın oxuduğu ayələrə qulaq asanda onun nə oxuduğunu heç anlamaq olmur. Mollalar təkcə quran oxumur, həm də məclisdə oturanlara islam dini haqqında müəyyən məlumatlar verir. Əgər bu məlumatları verən mollanın özü məlumatlı deyilsə nə baş verdiyini anlamaq çətin deyil.

“Bəs onların fəaliyyətinə niyə icazə?” verilir kimi bir sual da ortaya çıxır. Bu sualın cavabı odur ki, bəzi kəndlərdə yas məclisləri aparmağa bilikli dindarların olmaması ara mollalar üçün yol açır. Amma bunun da müvəqqəti hal olduğunu hesab edirəm. Cəmiyyət inkişaf etdikcə din sahəsində fəaliyyət də profesionallaşır və bilikli şəxslərin əhatə dairəsi günü-gündən genişlənir. Bu da mövcud problemlərin həll olunmasına yol açır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə