Məktəblilər 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçiriblər
Mayın 24-də Şabran şəhəri Tofiq Abbasov adına 1 saylı tam orta məktəbində 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Şəhid ailələri, Yeni Azərbaycan Partiyası Şabran rayon Təşkilatının sədri Mehdi Balabəyov, Şabran Təhsil sektorunun əməkdaşı Gülər Hüseynova, Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev Şəhid ailələri tədbirdə iştirak ediblər. M. Balabəyov çıxış edərək qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Ulu Öndər Heydər Əliyev deyirdi: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.”
Məhz Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Tədbir şagirdlərimizin çıxışları və Şabran Uşaq Musiqi Məktəbinin hazırladığı konsert proqramı ilə davam edib.
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB