Naxçıvan və Şahbuz şəhərlərinə dolu düşüb...

Günorta saatlarından başlayaraq muxtar respublika ərazisində yağıntılı hava şəraiti fasilələrlə davam edir, ayrı-ayrı yerlərdə intensiv xarakter alır.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən bildirilib ki, Naxçıvan və Şahbuz şəhərlərinə dolu düşüb, güclü yağış yağıb.

Dolunun diametri 1-2 mm, yağışın miqdarı isə Naxçıvan şəhərində 4 mm, Şahbuzda 3 mm olub.

Culfa rayonunda isə hazırda sürəti 18-22 m/san olan güclü külək əsir.

Bütün xəbərlər Facebook səhifəmizdə