Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Müstəqillik günü" adlı tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün "Modern İnkişaf və Ailə" İctimai Birliyi, "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Müstəqillik günü" adlı tədbir keçirilir. SİA xəbər verir ki, əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, ulu öndər Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Sonra Müstəqillik gününə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Tədbirdə "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri, YAP veteranlar şurasının üzvü Zərifə Quliyeva, "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, Millət vəkilləri Aydın Mirzəzadə, Vüqar İsgəndərov, Aydın Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İradə Hüseynova, Yazıçı-publisist Elmira Axundova, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri, professor Rəna Mirzədadə, YAP veteranlar şurasının üzvü Tahir Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Sayman Aruz, Yazıçı-publisist Şərəf Cəlili, "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri Zamin Zeynal, ictimai-siyasi fəal şəxslər iştirak edirlər.

Qeyd edək ki, tədbirdə bir qrup ictimai fəal şəxslərə fəxri fərman və hədiyyələr təqdim ediləcək.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə