Kazinoların leqallaşdırılması dövlətə qazanc gətirə bilər? - EKSPERT FİKRİ

Kazinoların leqallaşdırılması dövlətə qazanc gətirə bilər? - EKSPERT FİKRİ

Məlumdur ki, dünyada kazinolar, mərc oyunları və əxlaqsızlıq yuvalarının leqal olduğu yerlər mövcuddur. Bəs, bu Azərbaycana lazımdırmı? Bunun leqallaşdırılması dövlətə qazanc gətirə bilər? Bu bir ölkənin mənəviyyatına nə qədər zərbə vura bilər? SİA mövzu ilə bağlı Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqubun fikirlərini öyrənib.

Mail Yaqub bu kimi məkanların leqallaşdırılmsına və bu yolla turizm axınının təşkil edilməsinə müxalif olduğunu bildirib: "Gəlir əldə etmək hər bir ölkə üçün vacibdir. Amma nəyin bahasına olursa-olsun qazanmaq doğru deyil. Ümumiyyətlə mənəviyyatımızı düşünür, insanların mənəvi vəziyyətini nəzərə alırıqsa, bu kimi addımlar lazımsızdır. Buna ehtiyac yoxdur.

Bildiyiniz kimi, kazinolar məsələsi bir neçə ildir ki, müzakirə mövzusudur. Hətta bu məsələ Milli Məclisdə də dəfələrlə qaldırılıb. Amma müsbət yanaşılmayb və ümid edirəm ki, bundan sonra da müsbət baxılmayacaq. Digər məkanlara qaldıqda isə bəzi ölkələrdə əxlaqsızlıq yuvaları leqallaşdırılıb. Amma bunun acı nəticələri ola bilər. Çünki bizim ölkəmiz böyük ölkə deyil. Turizm axını sırf hansısa belə məkanların açıq olduğuna görə vüsət alacaqsa, bunun çox acı nəticələri ola bilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə