Bakı Gəmiqayırma Zavodu ilə birgə peşə kurslarının təşkili imkanları müzakirə edilib - FOTOLAR

Bakı Gəmiqayırma Zavodu ilə birgə peşə kurslarının təşkili imkanları müzakirə edilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Bakı Gəmiqayırma Zavodunun nümayəndələri arasında görüş olub. SİA xəbər verir ki, görüşdə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Zavodun İdarə Heyətinin sədri Elşad Nuriyev və hər iki qurumun nümayəndələri iştirak edib.

Mustafa Abbasbəyli ilk olaraq Agentiyin fəaliyyət istiqamətləri barədə məlumat verib, bir çox istiqamətlərdə özəl sektordan olan işə götürənlərlə əməkdaşlıq edildiyini vurğulayıb. Xüsusilə peşə hazırlığının əhəmiyyətdən danışan M.Abbasbəyli işə götürənlərin tələbləri əsasındaqısa müddətdə ixtisaslı kadr hazırlığının həyata keçirildiyini vurğulayıb.

Elşad Nuriyev Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti barədə məlumat verərək 2011-ci ildə Xəzər regionunda dəniz və ofşor sənaye üçün gəmiqayırma və gəmi təmiri xidmətləri göstərmək məqsədilə yaradıldığını bildirib. Qeydedib ki, Zavod geniş miqyaslı xidmət göstərən yüksək keyfiyyətli gəmilər istehsal etməklə nüfuz qazanıb.

Görüşdə həmçinin iki qurum arasında peşə hazırlığı istiqamətində birgə əməkdaşlığın qurulması, hazırlıq kurslarının təşkili və kursları uğurla başa vuran şəxslərinZavodda işlə təmin edilməsi məsələləri müzakirə edilib, “Əmək və məşğulluq” altsistemindən istifadənin üstünlükləri barədə məlumat verilib.

Daha sonra Agentliyin nümayəndələri Bakı Gəmiqayırma Zavodunun ərazisi və fəaliyyəti ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə