AMB əməkdaşları Naxçıvanda pul nişanları ilə bağlı sessiya keçiriblər

Mərkəzi Bankın əməkdaşları Naxçıvan şəhərində “Pul nişanlarının dəyişdirilməsi ilə bağlı Qanunvericilikdə edilmiş dəyişikliklər” və “ABŞ dollarının mühafizə sistemi” mövzularında sessiya keçiriblər. SİA xəbər verir ki, sessiyada Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin, eləcə də muxtar respublikada fəaliyyət göstərən kommersiya banklarının və ödəniş xidmətləri təchizatçılarının nağd pulla əməliyyat aparan əməkdaşları iştirak ediblər.

Mərkəzi Bank tərəfindən pul nişanları və onların mühafizə sistemi ilə bağlı digər regionlarda da silsilə tədbirlərin təşkil olunması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə