“3300-dən çox müharibə veteranına reabilitasiya xidmətləri göstərilib” - Mərkəz direktoru
“Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra etdiyi sosial dəstək paketinin bir istiqaməti olaraq, 3300-dən çox müharibə veteranına reabilitasiya xidmətləri göstərilib”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xaçmaz Reabilitasiya Mərkəzinin direktoru Rövşən Muradov deyib.
O bildirib ki, həmin dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 2147 şəxs 56,2 min reabilitasiya vasitəsi, o cümlədən 471 şəxs 492 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub: “Post-müharibə dövründə Xaçmaz Reabilitasiya Mərkəzində də 400-dən çox müharibə iştirakçısı reabilitasiya xidmətlərindən faydalanıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB