"İkinci qrup müharibə əliliyəm, çox böyük travma almışam" - Vətən müharibəsi qazisi
“Bu gün respublikamızda mövcud olan reabilitasiya, bərpa mərkəzlərimizin yüksək texnoloji avadanlıqlarla təmin olunması, yüksək bacarığa sahib tibbi personal ilə komplekləşdirilməsi mərkəzimizdə müalicə alan əlilliyi olan vətəndaşların, həmçinin müharibə ilə əlaqədar olaraq əlilliyi olan vətəndaşlarımızın tez bir zamanda sağlamlıqlarına qovuşmalarına, cəmiyyətə adaptasiya olmalarına böyük köməklik göstərir”. SİA xəbər verir ki, bu sözləri Xaçmaz Reabilitasiya Mərkəzinə mediatur zamanı Vətən müharibəsi qazisi, ehtiyyatda olan mayor Tariel Didarov deyib.
O bildirib ki, mərkəzlərdə mövcud olan fizioterapiya aparatlarının, müalicəvi bədən tərbiyə alətlərinin köməkliyi ilə ilk növbədə əlillərimizə fuksinoal diaqnoz qoyulur, daha sonra isə müalicələri yüksək keyfiyyətlə aparılır: “Mərkəzlərdə bununla yanaşı psixoloji seanslar da keçirilir. Qazilər, ümumi əlilliyi olan şəxslərin, müharibə dövründə hərbi travma alan vətəndaşların psixoloji durumlarının yüksəlməsi, vətəndaş olaraq cəmiyyətdə sağlam hərəkət etmələri üçün lazımi köməklik göstərir. Mən özüm isə cərrahi xidmətlər, ixtisaslaşmış müalicə növləri, realibitasiya mərkəzlərində psixoloji seanslar, müalicəvi bədən tərbiyə xidmətlərindən istifadə edirəm. Bütün xidmətlərdən çox razıyam, hər biri yüksək texnoloji avadanlıqlarla təchiz edilib. Keçən ilin sonunda Naftalan Reabilitasiya Mərkəzində müalicə almışam. Müalicə aldığım bütün reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslərimizin tez bir zamanda sağlamlıqlarına qovuşmaları, adaptasiya olmaları üçün bütün zəruri şərait yaradılıb. Eyni zamanda insan faktoru olaraq mərkəzlərin hər birində komplektləşdirilmiş şəkildə çalışan şəxslərin qazilərə olan qayğıları danılmazdır.
Uzun müddət idi ki, müharibə şəraitində yaşayırdıq, torpaqlarımız işğal altında idi. Lakin biz 44 gün günlük Vətən müharibəsi ilə bütün torpaqlarımızı azad edib, suverenliyimizi bərpa etdik. Müharibə zamanı əlilliyi yaranan şəxslərin isə yenidən cəmiyyətə adaptasiyasi üçün lazımi şərait yaradılıb, bu istiqamətdə ciddi işlər görülüb. Ölkə Prezidentinin apardığı çoxşaxəli inkişaf siyasətin də əsas məqsədi məhz Azərbaycan vətəndaşının yüksək rifahıdır.
Qeyd edim ki, Vətən müharibəsi bitdikdən sonra cərrahi əməliyyatlardan keçdim, hazırda isə iki ildən çoxdur ki, reabilitasiya mərkəzində müalicə alıram. İkinci qrup müharibə əliliyəm, çox böyük travma almışam. Amma hazırda əlim də, ayağım da işləyir, qıraqdan baxanda əlil vətəndaşa oxşamıram. Buna görə də əziyyəti keçən hər kəsə öz təşəkkürümü bildirirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB